MEQA - Peşəkarların seçimi

Haqqımızda

Tarix

2002-ci ilin aprel ayından fəaliyyət göstərən MEQA şirkəti effektiv İnternet resursların layihələndirilməsi və hazırlanması sektorunda aparıcı mövqeyə malikdir. Fəaliyyətinin 7 ili ərzində təyinat və mürəkkəblik dərəcəsi fərqli olan 60-dan artıq veb layihə (İnternet və intranet üzərində) şirkətimiz tərəfindən həyata keçirilmişdir. Bunların içərisində iri informasiya portalından tutmuş materiallar kataloquna qədər müxtəlif təyinatlı veb resurslar vardır.

Biz öz müştərilərimizə aşağıdakı baza xidmətləri təklif edirik:

Hədəfimiz – yalnız sayt yaradılması ilə bitməyən uzunmüddətli strateji əməkdaşlıqdır. Biz müştərilərimizə həm də texniki və informasiya dəstəyi ilə əhatə edilmiş kompleks xidmətləri təklif edirik. Bizimlə əməkdaşlıq etməklə hər bir müştəri aşağıdakıları əldə edir:

MEQA şirkəti olaraq peşəkar işçi komandamızı effektiv və uğurlu iş üçün başlıca alət hesab edirik. Müştərilərimizin veb resurslarının biznes yönümündə effektiv istifadəsi üçün bizim mütəxəssislər yarana biləcək bütün problemlərlə bağlı öz peşəkar məsləhətlərini verməyə hər zaman hazırdırlar.

Prinsiplər

İnternet layihələrinin yaradılmasında layiqli mövqeyə malik MEQA şirkətinin müştərilərlə iş prinsipləri aşağıdakı kimidir:

  1. Fərdi yanaşma – Hər bir iş öz-özlüyündə təkrarolunmazdır. Hər bir müştəri fərdidir və biz hər bir sifariş üçün bilavasitə həmin müştərinin tələbatına uyğun olan həll tapmağa çalışırıq.
  2. Konkret nəticənin əldə edilməsi – Biz gördüyümüz işin müştərinin real tələbatına uyğun olmasına və onun biznesi üçün faydalılığına nail olmağı özümüzə borc bilirik.
  3. Müştərinin prosesdə minimal iştirakı – Tərəf müqabilimizin tələbatının tamlığıyla ödənilməsi şərtilə qarşı tərəfin mütəxəssislərinin cari işlərindən ayrılmaması üçün müştərinin sayt hazırlanması prosesində minimal iştirakını təmin edirik.
  4. Uzunmüddətli və faydalı əməkdaşlıq – Biz əməkdaşlığımızı məhsulun təhvil-qəbul aktı ilə bitmiş hesab etmirik. Müştərilərimizi həmişə diqqət mərkəzində saxlayır və gələcək işlərində onlara yararlı olmağa çalışırıq.