Xəbərlər :: "MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir :: MEQA şirkəti

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

11.03.2010

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik. İqtisadi çətinliklər zamanı tərəfdaşlarımızın imici və raqabətlilik mövqelərinin artırılmasını məqsəd kimi qarşımıza qoyaraq brend və marketinqar aşdırmaları, reklam və PR xidmətlərini Sizlərə təklif edirik. Düşünürük ki, mütəxəssislərimizin analitik qabiliyyətləri və 8 illik təcrübəmiz bizə yeni sahələrdə də uğurlar əldə etməyə kömək edəcək, çünki biz hər zaman yeni inkişaf yolları araşdırır, innovasiyalar təklif etməkdən yorulmuruq. Sevindirici haldır ki, bizim imkanlar və təcrübi biliklər müştərilərimizə ən keyfiyyətli və peşəkar xidməti ən optimal və rahat formada təqdim etməyə şərait yaratmışdır. "MEQA" şirkəti olaraq biz öz xidmət sahəmizin artırılmasında, onların yeni keyfiyyət səviyyəsinə çıxarılmasında, yeni müştərilərin etimadının qazanılmasında iddialı və maraqlıyıq.