Portfolio :: Sektorlar üzrə :: Kommersiya strukturları :: Şirkətlər :: "PalSüd Dağıtım" MMC :: MEQA şirkəti

Portfolio

Sektorlar üzrə


Sahələr üzrə


Xronologiya üzrə


"PalSüd Dağıtım" MMC



"PalSüd Dağıtım" MMC üçün İnternet saytı  

İcra müddəti: 01.02.2013 - 28-02-2013

Saytın hazırlanmasında əsas məqsəd “Pal Süd” şirkətinin bütün məhsullar çeşidi ilə əhalini daha yaxından tanış etməkdir.
 

Saytın dizaynı korporativ üslubun tələbatlarına riayət olunmaqla işlənmişdir. Dizaynda xəfif rənglərin ahəngi məhsulların təbiiliyini vurğulamaq üçün istifadə olunur.

Veb-saytda “dil seşimi” və “axtarış” elementləri lazım olduqda yuxarıdakı bölmədən çağırılır və qalan vaxt yığılmış şəkildə olaraq istifadəçinin fikrini yayındırmır.

“Məhsullar” səhifəsində şirkətin istehsal etdiyi bütün məhsul çeşidləri, onların çəki formatları və tərkibi haqqında məlumat verilir.

Saytın əsas məqsədi əhalini məhsullar çeşidi ilə tanış etməkdir. Bu səbəbdən bütün səhifələrində təsadüfi qaydada seçilmiş müxtəlif məhsullar haqqında məlumat verən xüsusi blok vardır.

Nəyə görə “PAL Süd” məhsullarını seçməyə dəyər? “Şirkətimiz” bölməsində bu sualın cavabını tapa bilərsiniz.

 

“PAL Süd”-ün keyfiyyətli məhsullarını ölkəmizin istənilən bölgəsindən əlçatan etmək üçün yaradılmış dağıtım nöqtələrinin xəritəsi Google Maps ilə inteqrasiya edilmişdir.

 

 Yüz eşitməkdən bir görmək yaxşıdır! Foto və video qalereyalar buna əyani sübutdur.