Portfolio :: Sektorlar üzrə :: Kommersiya strukturları :: Şirkətlər :: "Gəncə Süd" MMC :: MEQA şirkəti

Portfolio

Sektorlar üzrə


Sahələr üzrə


Xronologiya üzrə


"Gəncə Süd" MMC



"Gəncə Süd" MMC üçün korporativ üslub  

İcra müddəti: 12.07.2013 - 12-08-2013

"Gəncə Süd" MMC-nin əsas məqsədi xalqın tarixən alışdığı təbii kərə yağının ağız dadını yenidən özünə qaytarmaqdır. Bu mərama iddia etməyə onun həm təmiz və keyfiyyətli xammala, həm də ən müasir texnoloji avadanlıqlara sahib olması imkan yaratmışdır. Qarşısına belə bir məqsəd qoymuş şirkət üçün korporativ üslubun hazırlanması ciddi məsuliyyət tələb edir.


Biz də "Gəncə Süd" şirkətinin tarixi ənənələrə sadiqliyini və müasir texnologiyaların tətbiqinə verdiyi önəmi nəzərə alaraq, həm loqotipin, həm də korporativ üslubun digər elementlərini (vizit kart, blank, düymə və s.) hazırlayarkən bu prinsipə riayət etməyə çalışmışıq. Belə ki, tarixi ənənələrin simvolu kimi qədim xalçalarımızın naxış elementlərini müasir dövrün modern üslubuna pərçimləməklə korporativ üslubun yaradılmasına nail olmuşuq.


Loqotipi hazırlayarkən şirkətin adında Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən sayılan Gəncənin adının olması bu şəhərin əsrarəngiz xalçalarının təkrarolunmaz naxışlarının birindən – rombşəkilli “göl”dən istifadə etməyimiz üçün əsas oldu.


“Göl”, “medalyon”, “xonça”, “turunc” — türkdilli xalqların, o cümlədən azərbaycanlıların xalçaçılıqda xalçaların orta hissəsində olan ornamentə verdikləri addır.


Loqotipdəki "Gəncə Süd" ("Ganja Dairy") sözlərinin tərkibini təşkil edən hər bir hərf “turunc” ornamentinə istinad olunaraq hazırlanıb. Bu, özünü həmin hərflərin uc hissələrində və əyilmə sahələrində göstərir.

İdeya.

Korporativ nişan.

Loqotip.

Loqotip və naxış.

 Vizit kartlar.

 Korporativ üslubun istifadəsi nümunələri.