Xəbərlər :: Biz veb-proqramçı və HTML-koder axtarırıq. :: MEQA şirkəti

Biz veb-proqramçı və HTML-koder axtarırıq.

01.10.2013

Biz veb-proqramçı və HTML-koder axtarırıq.

 

  • Əgər veb-proqramçısansa və:

       - PHP və SQL-dən mükəmməl istifadə edə bilirsənsə;
       - Obyekt yönümlü proqramlaşdırmada (OOP) işləmək təcrübəsinə maliksənsə;
       - Verilənlər bazasından məharətlə istifadə etməyi bacarırsansa;
       - SQL-də mürəkkəb sorğular yaratmağı bacarırsansa;
       - Tapşırığın yerinə yetirilməsi üçün sənə lazım olan vaxtı düzgün müəyyən edirsən və həmin vaxt çərçivəsindən kənara çıxmırsansa

 

və ya əgər HTML-kodersənsə və:

 

       - HTML, CSS və JavaScript (jQuery, Ajax) işlərinin öhdəsindən rahatlıqla gəlirsənsə;
       - Tapşırığın yerinə yetirilməsi üçün sənə lazım olan vaxtı düzgün müəyyən edirsən və həmin vaxt çərçivəsindən kənara çıxmırsansa

 

       o zaman, bizə qatılaraq aşağıdakılara nail ola bilərsən:

 

       - veb-proqramçının (700 – 1200 AZN) və ya HTML-koderin (600 – 900 AZN) əmək haqqına. Konkret məbləğ namizədlərin bacarıqlarından və müsahibələrin nəticələrindən asılıdır.
       - Dəyərli təcrübə. Biz hazır həlləri sevmirik və böyük həvəslə mürəkkəb layihələri həyata keçiririk.
       - Karyera inkişafı. Biz inkişaf edirik, əməkdaşlarımız da bizimlə birgə inkişaf edir (inkişaf etmək istəməyənlər isə getdikcə kiçilir və biz onları itiririk).
       - Vahid kollektiv. Bizdə təxribatçı, xəbərçi, rəhbərliyin “sevimlisi”, yaltaq və digər bu kimi arzuolunmaz ünsürlər yoxdur. Yalnız yaradıcılıq müharibələri yolveriləndir!
       - Korporativ mobil telefon nömrəsi və telefon zəngləri üçün ödənişlər.
       - Şirkət  hesabına nahar. Özü də bu sizin üçün keytrinq-filan deyil, sözün əsl mənasında ev yeməyi – əsl Azərbaycan mətbəxidir!

 

Səndə inkişaf etmək arzusu, daxili intizam və proqramçı peşəsinə həssas yanaşma kimi xüsusiyyətlər aşkarladığımız halda isə sənin yaxın gələcəkdə MEQA-peşəkara çevrilməyin üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

CV-nizi və ya özünüz haqqında qısa hekayə şəklində yazılmış məlumatı cv@meqa.az ünvanına göndərin. Vakansiya oktyabr ayınin 20-nə kimi açıqdır.