Dizayn :: MEQA şirkəti



Baş səhifə / Nələr edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Dizayn

İstənilən formatlı layihənin dizayn tərtibatı bir sıra məqsədlərə xidmət edən və sonluq etibarı ilə keyfiyyətli nəticə almağa imkan verən mürəkkəb kreativ prosesdir. Belə ki:

  • Keyfiyyətlə tərtib edilmiş dizayn üslubu təşkilatın obrazını yaratmaqla imic yükü daşıyır;
  • Düzgün dizayn aid olduğu məlumatların (mal, xidmət və ya informasiyanın) öz daşıyıcısında daha effektli təqdimatına xidmət edir;
  • Layiqli tərtibat brendin düzgün mövqeləndirilməsi və kütlə arasında səciyyələndirilməsi, nəticə etibarı ilə isə satışlarının (tanınmasının) artmasına xidmət edir.


Beləliklə, dizayn tərtibatı emosional assotiativ uyğunluğu əks etdirən orijinal vizual həlldir. Yaxşı tərtibatlı dizayn nümunəsi (istər gözəl vizit kartı, istərsə də iri formatlı çap banneri) ziyarətçidə tələb olunan emosional köklənmə yaratmağa və müxtəlif motivasiyalar formalaşdırmağa imkan yaradır. Keyfiyyətli İnternet resursu, korporativ üslubiyyat, poliqrafiya və reklam-suvenir məhsullarının peşəkar dizaynı istənilən qurumun imicinin tərkib hissəsini təşkil etməklə bazarın seçilmiş seqmentində liderlik üçün güclü rəqabət aləti kimi hesab edilir.

Şirkətimizin mütəxəssisləri dizayn sənətinə peşəkar yanaşma ilə seçilirlər. Şirkətimizin dizayn tərtibatı ilə bağlı təklif etdiyi xidmətlər aşağıdakı sahələr üzrə bölünür: 

  • poliqrafiya dizaynı;
  • xaric (çöl) reklamı;
  • korporativ üslubiyyat;
  • kopiraytinq;
  • veb-dizayn;
  • veb-reklam;
  • reklam konsepsiyaları.


Üzərində çalışdığımız hər növ dizayn məhsuluna qoyduğumuz əsas tələb xarici görünüşünün gözəl və cəlbedici olması ilə yanaşı mənsubiyyətinin zəruri funksionallığını qoruyub saxlaması, kütlə üçün istifadə və qavranış rahatlığını itirməməsi, izafi "yüklətmə" problemini yaratmamasıdır, yəni qrafik təsvirlər və elementlər əsas ideyanı kölgədə qoymamalıdır. Bu çox vacibdir, axı dizayn ixtiyari ziyarətçinin informasiyanın mənimsəməsini təmin edəcək güclü prizmadır. Əgər dizayn tərtibatı məhsulu izafi olaraq “yükləyirsə”, çox güman ki məlumat ziyarətçi tərəfindən rahat mənimsənilməyəcək. Dizayn tərtibatı hazırlanarkən müştərinin çatdırmaq istədiyi məqamlar, ideya bazisi, korporativ və imicdaşıyıcı üslubiyyatının qoyduğu bütün tələblərə əməl olunması da çox vacib şərtdir. Lakin unutmaq lazım deyil ki, dizaynda əsas məqsəd onun sifarişçinin öz xoşuna gəlməsi deyil, sıfarişin tərtibatının onun təyinatı və tematikasına tam şəkildə uyğunluğudur.

Nəticə: böyük rəqabət şəraitində fəaliyyət göstərən təşkilat üçün hər ziyarətçinin gələcəkdə potensial müştəri ola biləcəyini nəzərə alaraq, öz adını daşıya biləcəyi istənilən təqdimat məhsulunun (xidmətinin) keyfiyyətli dizayn tərtibatı olmayan bir təşkilatın sadəcə bu səpgidə daha uğurlu seçim etmiş rəqib təşkilatların xeyrinə müştəri itkiləri verəcəyi şübhə yaratmır.

Ümumiyyətlə isə qeyd etməliyik ki, hər bir insan gördüyü və duyduğü dizaynı nümunəsini qiymətləndirərkən öz şəxsi zövqünə və  təcrübəsinə əsaslanır. Bu səbəbdən də biz o dizayn tərtibatını uğurlu hesab edirik ki, o aid olduğu məfhumun xarakterini açaraq yaddaşda iz buraxmağı bacarır.