Texnologiya :: MEQA şirkəti



Baş səhifə / Necə edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Texnologiya

MEQA şirkəti hazırladığı bütün İnternet saytlarının idarə olunması (materiallara təmin edilməsi və yenilənməsi) üçün MEQA Site Builder® məzmunu idarəetmə sistemindən istifadə edilməsini təklif edir. MEQA Site Builder® - veb saytlar və intranet layihələri üçün yazılmış əməliyyat sistemindən heç bir halda asılılıq göstərməyən php əsaslı universal bir platformadır. Şirkətin əqli mülkiyyətində olan bu məhsul saytların platforması olaraq məzmunun formalaşdırılması, menyu sisteminin yaradılması, materialların sayta əlavə edilərək formalaşdırılması, sonradan məzmununa əlavə və dəyişikliklər edilməsi, yenilənməsi, saytdaxili sürətli axtarışı təmin etmək üçün məzmunun avtomatik indeksləşməsi və digər məzmun işlərinin yerinə yetirilməsini - yəni saytın məzmununun idarə edilməsini  tam təmin edir. Bu proqram vasitəsilə saytın idarə edilməsinə ancaq fərdi kompüter və İnternet bağlantısının olması kifayət edir. MEQA SiteBuilder®  platforması heç bir quraşdırılma tələb etmir və İnternet Explorer brauzeri ilə işləyir.

Modular struktur, obyekt yönümlü yanaşma və görünüşlə programın ayrılması sayəsində bu platforma hər hansı bir layihənin reallaşdırılması üçün çox rahat və çevik bir zəmin hazırlayır.

Platformanın nüvəsi aşağıdakılardan təşkil olunub:
- Verilənlər bazası sinfi (MySQL);
- Görünüş meneceri (Smarty Template Enginee);
- İstifadəçi idarəetməsi (çox səviyyəli və ierarxik səlahiyyətlər);
- Modul menecmenti (yeni modullar əlavə etmək, sistemdən modulların silinməsi və s.);
- Axtarış hörümçəyi;
- Parametrlərin idarəetməsi;
- Dil idarəetməsi.

MEQA Site Builder® platformasının üstünlükləri:
- PHP 5 programlaşdırma dilində yazıldığı üçün istənilən əməliyyat sistemındə yüksək performans nümayiş edilir;
- OYP (obyekt yönümlü proqramlaşdırma) əsaslı olması hər hansı yeni xüsusiyətin əlavə edilməsi üçün minimum vaxt sərf edilir;
- Təhlükəsizlik məsələləri nüvə səviyyəsində həll edilir;
- Layihənin vizual görünüşünü dəyişmək üçün minimum vaxt sərf edilir;
- Layihəyə interfeys dillərinin əlavə edilməsi üçün minimum vaxt sərf edilir;
- "Clean html" funksiyası ilə istifadə olunan mətnlərin html formatlaşdırılması avtomatlaşdırılır;
- Universal "Data Grid" sayəsində informasiya idarəsinin rahatlığı əldə edilir;
- Əlavə olunan modulların tam müstəqil və ya hər hansı cari moduldan asılılığının təmin edilir.

MEQA SiteBuilder® proqram təminatı ilə hazırlanmış İnternet resurslarının aşağıda sadalanan baza imkanları vardır:
- Resursun idarəetmə paneli vasitəsilə saytın işini dayandırmadan bütün menyuları dinamik yaratmaq, dəyişmək, silmək imkanı verir. Həmçinin menyuların yaradılma prosesi elə təşkil olunur ki yaradılacaq menyu bəndlərində səhifələrin məzmunu olmadığı təqdirdə həmin səhifələr ziyarətçi tərəfdən görünmür. Yəni sistem boş səhifələrə avtomatik nəzarət etmək imkanına malik olur.
- Saytın səhifələrini vizual və HTML rejimdə tam redaktə etmək imkanı yaradır. Saytın işi dayandırılmadan sayta yeni materiallar (mətn, şəkil, fayl) əlavə edilir və mövcud olanlar dəyişdirilir.
- Saytda idarə oluna bilən reklam bloklarının yerləşdirilməsi təmin edilir. Hər blok reklam olunan mövzuya aid şəkil, mətn və uyğun bölməyə keçiddən ibarətdir. Sayt inzibatçısı həmin blokların sayını, saytın hansı bölməsinə yönəlməsini, saytda görünüb-görünməməsini təyin edir.
- Xəbər və yeniliklər xüsusi modul vasitəsilə sayta xidmət edən şəxs tərəfindən saytda yerləşdirilir. Məlumatlar tarix üzrə sıralanır və arxivləşirlər.
- Ziyarətçilərin sayt vasitəsilə şirkətlə əlaqə saxlamaq imkanı olur.
- Sayt üzərindən müştərilərdən müəyyən məlumatlar toplamaq və müəyyən xidmətlər göstərmək imkanı olur. Buraya onlayn kredit kalkulyatoru, abunə, sorğu göndərmə və s. aiddir.
- Sayta əlavə olunan mətnlər avtomatik çevirmə və indeksləşmənin tətbiqi sayəsində ziyarətçilər tərəfindən saytdaxili axtarışın çox böyük sürət və dəqiqliklə yerinə yetirilməsini təmin edir.
- Sayta bir neçə nəfər istifadəçinin məlumat dəstəyi həyata keçirməsini təmin etmək müxtəlif səlahiyyətli istifadəçilər yaradıb onları idarə etməyə imkan verir.

Bildirmək istəyirik ki, təyinatından və tələb olunan funksionallıqlardan asılı olaraq MEQA SiteBuilder®-in modulları tərəfimizdən hazırlanmış saytlarda istifadə edilir. Bu bilavasitə müştərinin özünün təyin etdiyi işçi heyətinin sayta müdaxilə və əlavələr edə bilməsi imkanı ilə bağlıdır. Belə ki, bu zaman saytın idarə edilməsində operativliyə nail olmağa və saytın dəstəklənmə xərclərinə qənaət etməyə imkan yaranır. Qeyd etməliyik ki, sadalanan funksionallıqlar real vaxt rejimində saytın işinə xələl gətirmədən reallaşdırılır.

Daha bir qeyd etməliyik ki, MEQA şirkəti MEQA SiteBuilder® proqram təminatının istehsalçısı kimi müəllif hüquqlarını özündə saxlayır.