Əməkdaşlıq :: MEQA şirkəti



Baş səhifə / Biz kimik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Əməkdaşlıq

“MEQA” şirkəti olaraq biz öz xidmətlərimizlə müştəriyə kompleks həllər verməyə və faydalı nəticələr əldə etməyə çalışırıq. Malik olduğumuz kadr potensialı və təcrübə müştərinin biznesinin düzgün analizi, prioritetlərin qoyulması, hədəflərin dəqiq təyin edilməsi sayəsində uğurlu nəticələr əldə etməmizə səbəb olur.
 
Məşğul olduğumuz istənilən sahədə keyfiyyətli həllər verməkdə böyük təcrübəyə malik olduğumuza baxmayaraq, biz üzərində işlədiyimiz hər yeni layihəyə məhz yaradıcılığımızın əsas incisi kimi yanaşmağa çalışırıq. Bu, ilk növbədə keyfiyyətli layihələr yaratmağa, iş prosesin düşünülmüş təşkili isə bu layihələrin kifayət qədər az müddətə başa çatdırmağa xidmət edir. 10 illik fəaliyyəti müddətində şirkətimiz yüksək nüfuz əldə etmiş, bir çox həqiqətən unikal və keyfiyyətli layihələrə imza atmış, Azərbaycanın ən nüfuzlu qurumları ilə əməkdaşlıq etmişdir.

İşinə məsuliyyətlə yanaşan və keyfiyyətli xidmət təqdim edən bir şirkət olmamızı BP Exploration (Caspian Sea) Ltd., Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş prokurorluğu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsi, Azərbaycan Respublikası Əsir, Girov və İtkin düşmüş vətəndaşlar üzrə Dövlət Komissiyası, Azərbaycan İpoteka Fondu, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası, "İmproteks" şirkətlər qrupu, "AzalSığorta" şirkəti, "Bank Respublika" ASC, "Azərdəmiryolbank" ASC, "Bank Avrasiya" ASC, Azərbaycan Cüdo Federasiyası və s. kimi şirkət və dövlət orqanları ilə əməkdaşlıq münasibətlərində olmamız, əməkdaşlarımızın rəyləri, yenidən bizə müraciət etmələri sübut edir.