Kadr siyasəti :: MEQA şirkəti



Baş səhifə / Biz kimik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Kadr siyasəti

Hər bir şirkətin əsas dəyəri onun peşəkar işçi komandasından ibarət olmalıdır. 

"MEQA" şirkətinin rəhbərliyi kadr siyasətini qurarkən personalın peşəkarlığının daim artmasına, öz işində ən qabaqcıl texnologiyalardan istifadə etməsinə hər zaman önəm verir. Personalın əsas hissəsini bilavasitə yüksək texnologiyalar sahəsində mütəxəssislər, həmçinin müxtəlif layihələrin konsaltinqi, təşkili, idarə olunması və icrası ilə məşğul olan işçi heyəti təşkil edir. Hal-hazırda çətinlik dərəcəsindən asılı olmayaraq müxtəlif layihələrin uğurla həyata keçirə bilən ixtisaslaşmış komanda formalaşdırılmışdır. Bura İT məsləhətçilər, layihə menecerləri, müxtəlif proqramlaşdırma dillərində proqram təminatı hazırlayan proqramçılar, sistem arxitektorları, texniki və qrafik dizaynerlər, Flash-animatorlar, texnoloqlar, keyfiyyətə nəzarət edən mütəxəssislər və s. aiddir.

Şirkət menecmenti hər bir əməkdaşın öz intellektual və peşəkar potensialının tam şəkildə realizasiya edə bilməsi üçün çalışırlar. Bu işdə motivləşdirmə, mükafatlandırma, loyallığın artırılması və bu kimi digər instrumentlərdən istifadə edilir. Biz başa düşürük ki, yalnız birgə komanda və yüksək peşəkarlıq şirkətimizə bazardakı gərgin rəqabət şəraitində uğur gətirə bilər. Odur ki, bütün əməkdaşlarımız yüksək mənəviyyata, peşəkarlığa malik olmaqla öz işinə rəğbət, hər zaman yüksək etik normalara uyğunluq nümayiş etdirir.