Proqram təminatı :: MEQA şirkəti



Baş səhifə / Nələr edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

03.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

30.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

30.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Proqram təminatı

Kompüter texnologiyaları həyatımızda getdikcə daha böyük yer almaqdadır. Demək olar ki, kompüterdən istifadə etməyən biznes sahəsi qalmayıb. Artıq öz biznesinin uğuru və inkişafında maraqlı olan bir çox böyük və orta təşkilatlar öz əməkdaşlarının fəaliyyətini optimallaşdırmaq istəyindədirlər. Bu məqsədə çatmaq üçün onlar öz diqqətini informasiya texnologiyaları, informasiya sistemləri, proqram təminatı, elektron sənəd dövriyyəsi və bu kimi texnologiyaların tətbiqi, avtomatlaşdırma imkanlarına yönəldirlər. “MEQA” şirkəti bu məsələlərin həlli üçün optimal seçim təqdim edir.

Fəaliyyət illəri ərzində “MEQA” şirkəti asan proqramlardan tutmuş istənilən çətinlik dərəcəsində olan layihələr üzrə texnoloji həllərin həyata keçirilməsi sahəsində böyük təcrübə əldə etmişdir. Şirkətin həyata keçirdiyi layihələr məntiqi tamlığı, tərtibat unikallığı və yüksək keyfiyyəti ilə seçilir. Axı proqram təminatının keyfiyyəti  onun tərtibatçılarının ixtisas səviyyəsindən, texnologiyaların düzgün və effektiv istifadəsindən çox asılıdır. “MEQA” şirkəti sifariş olunan istənilən layihə çərçivəsində peşəkar proqramlaşdırma, layihə üçün optimal müasir texnologiyaların tətbiqi, həmçinin layihəyə kompleks yanaşmanı təmin edir. Bu layihələr sadə İnternet layihələrindən tutmuş çoxsəviyyəli kliyent-server arxitekturalı həlləri özündə cəmləşdirməklə biznesin bütün sahələrinə tətbiq edilə bilər.

Proqram təminatının hazırlanması sahəsində fəaliyyətimiz aşağıdakı istiqamətlərdə ixtisaslaşır:
  • Sifariş əsasında dar profilli proqram təminatının hazırlanması;
  • Təşkilatların və istehsalatın biznes-proseslərinin avtomatlaşdırılması üçün proqram təminatının hazırlanması;
  • Sənəd dövriyyəsinin avtomatlaşdırılması sistemlərinin tərtibatı;
  • Müxtəlif növ sistem inteqrasiyası;
  • İT konsaltinq, mövcud sistemlərin analizi;

Proqram təmiatının hazırlanması bir neçə mərhələdən ibarət olur:
  • Sİfarişçinin istəkləri və onun biznesinin tələblərinin analizi;
  • Spesifikasiyaların təyin edilməsi, planlaşdırma;
  • Sistem arxitekturasının layihələndirilməsi;
  • Layihənin icrası;
  • Sistemin müştəri ilə birgə testi;
  • Stabilləşdirmə;
  • Tətbiq və texniki dəstək.

“MEQA” şirkəti müştərilərin ən yüksək tələbatlarını ödəyəcək texnoloji həllər təqdim edir. Layihə üzərində iş zamanı şirkətimiz aşağıdakı prinsiplərə əməl edir:
  • Layihələndirmədə mövcud standartlara tam riayət edilir;
  • Hazırlanan sistemlərdə obyekt yönümlü yanaşma (OOP) prinsipləri tətbiq edilməklə layihələrin konseptual tamlığı təmin edilir;
  • Sifarişçinin layihəsinə daha çox uyğun gələn platformalardan və proqramlaşdırma dillərindən istifadə olunur.

Müştərilərilərlə uzunmüddətli əməkdaşlığı vacib hesab edən şirkətimiz üçün keyfiyyətli və yüksək texnoloji həllər vermək prioritetli məsələdir.