IT konsaltinq :: MEQA şirkəti



Baş səhifə / Nələr edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

IT konsaltinq

Son illərdə qabaqcıl təşkilatların İT şöbələri xərclər tələb edən qurumdan korporativ innovasiyalar mərkəzinə dönməkdədir. Dəyişikliklər həmçinin İT rəhbərlərinin qarşısında qoyulan məqsədlərə də sirayət edir, belə ki, onlar artıq texniki dəstək deyil, biznesin inkişafı ilə də məşğuldurlar. Bu məsələlər cari biznes-proseslərin effektiv dəstəyinin təşkili, biznesin gələcək inkişafı üçün rəqabət üstünlüklərinin təminatı üzərində qurulur. Bəs bütün bu məsələlərin həlli üçün optimal komandanı necə təşkil etməli? Bəlkə autsorsinq etməli? Əminik ki, qurumun İT bölməsinin işini kompleks yanaşma ilə təşkil edən keyfiyyətli İT konsaltinq bu suallara cavab verməyə kömək edəcək.

"MEQA" şirkəti İT konsaltinqin əsas məqsədini müxtəlif qurumların İT rəhbərlərinin strateji və taktiki problemlərinin həllində, həmçinin qurumun biznes mədəniyyəti və çəkisinin artırılmasında görür. Çünki İT-konsaltinq korporativ İT işinin effektivliyini keyfiyyəcə yeni səviyyəyə çıxara biləcək intekektual autsorsinq formalarından biridir. Bizim bu sahədə üstünlüklərimiz strateji baxış və yanaşma tərzidir. Biz ən qabaqcıl idarəetmə və informasiya texlologiyalarını tərtib və tətbiq edirik.

Xidmətlırimiz korporativ İT bölmələrinin effektivliyinin auditi, fəaliyyətlərinin təkmilləşdirilməsi, təşkilatın idarə edilməsi üzrə informasiya sistemlərinin layihələşdirilməsi və tətbiqi, biznesin informasiya təhlükəsizliyi və kəsilməzliyinin idarə edilməsi və bir çox başqa məqamları özündə cəmləşdirir.

Qeyd olunan xidmətlərin hər biri müstəqil olaraq təqdim edilir. Lakin onlar İT-nin analizi və təkmilləşdirilməsi işinə kompleks yanaşmanı təmin etməklə bir-biri ilə sıx təmasdadırlar. "MEQA" şirkəti biznes-proseslərin optimallaşdırılması sahəsində əldə etdiyi dərin metodoloji və təcrübi biliklərə əsaslanaraq effektiv İT xidmətlərinin təşkili sahəsində əməkləri olan ixtisaslı mütəxəssislər və ekspertlər bazasına malikdir. Bütün bunlar şirkətimizə keyfiyyətli və tam kompleks İT konsaltinq xidmətlərini təklif etməyə imkan verir.