Veb :: MEQA şirkəti



Baş səhifə / Nələr edirik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Veb

Müasir zamanda əksər müştərilər və tərəfdaşlıq etmək estəyən şirkətlər öncə İnternet vasitəsilə şirkət haqqında ətraflı məlumat almağa üstünkük verirlər. Müştəri üçün özünə rahat vaxtda və əlverişli şəraitdə sayta girərək istənilən şirkət, onun xidmətləri, qiymət cədvəlləri, əlaqə vasitələri barədə məlumatları əldə etmək menecerin telefonla cavabını gözləməkdən daha cəlbedicidir.

Veb resurs yaratmağın əsas məqsədləri:

  • Saytdan potensial müştəriləri cəlb etmək üçün bir vasitə kimi, yəni reklam üçün istifadə etmək;
  • Saytdan müştərilərə əlavə xidmətlər (əlavə servis) təklif etmək üçün bir instrument kimi istifadə etmək;
  • Veb saytda şirkətin xəbərlərini dərc etmək, prays-listi yeniləməklə informativ resurs tərtib etmək.

Veb layihəni yaradarkən təqib edilən məqsədlərdən asılı olmayaraq, yadda saxlamaq lazımdır ki, sayt - yalnız şəkillər və proqram kodundan ibarət dəst deyil. Sayt şirkətin üzü olaraq, onun rifahının və məşhurluğunun göstəricisidir.

Veb layihənin tərtibatı - bir neçə sahəni əhatə edən mürəkkəb bir prosesdir. Bu sahələr aşağıdakılardır: konsaltinq, layihələşdirmə, dizayn, proqramlaşdırma, resursun optimallaşdırılması üçün yüksək peşəkarlıq tələb edən marketinq araşdırmaları (saytın marketinq alətinə çevrilməsi).

Sayt quruluşunun əsas mərhələləri:

 - İnternet layihənin məqsədlərinin müəyyənləşdirilməsi;
 - İnformasiyanın toplanması və analizi:

  • Potensial auditoriyanın analizi
  • Rəqiblərin analizi
  • İnkişaf dinamikasının analizi
  • Şirkətinizin rəqabət üstünlüklərinin analizi
 - Müştərinin istəklərinə və ilkin analizə əsaslanan dizayn ideyasının tərtibatı;
 - Dizaynın layihələşdirilməsi:
  • Saytın strukturunun tərtibatı
  • Naviqasiya sisteminin tərtibatı
  • İnterfeysin son layihələşdirilməsi
 - Müştərinin korporativ üslubuna uyğun dizaynın son tərtibatı və təsdiqlənməsi;
 - Dizayn maketlərinin kodlaşdırılması (html, PHP, Java proqramlaşdırma);
 - Saytı idarə sisteminin (Content Management System - CMS) proqramlaşdırılması;
 - Dizaynın saytı idarə sistemi (CMS) ilə inteqrasiyası;
 - Saytın testi, müştəri ilə xırdalıqların razılaşdırılması;
 - Müştərinin personalının təlimi, gələcək ekspluatasiya zamanı yarana biləcək problemlərin qarşılanması.

Sonda əlavə etmək istərdik ki, İnternet məkanı reklam üçün çox, bəlkə də ən effektiv vasitədir. İnformasiya əldə etmək rahatlığında ona rəqib ola biləcək vasitə yoxdur. Müasir biznesdə İnternetin imkanlarından istifadə həyati əhəmiyyət daşımaqdadır. Lakin, təəsüflə qeyd etməliyik ki, bir çox şirkətlər, virtual aləmə daxil olaraq, ucuz layihələrə can atırlar, və, əlbəttə, ucuzluğu keyfiyyət (daha doğrusu, keyfiyyətsizlik) hesabına əldə edirlər. Məhz buna görə İnternetə inamsızlıq və on minlərlə minimal ziyarəti olan saytlar - Azərbaycanın orta və kiçik sahibkarlığın bu günə olan reallığıdır. Bu cürə səhvlərə yol verməməkdən ötəri, veb layihə yaradarkən keyfiyyətə və mütəxəssislərə etibar etmək olduqca faydalı olar.

Peşəkarların seçimi olan MEQA şirkətinin ixtisaslı layihə menecerləri veb resursunuz üçün maksimal keyfiyyətli həllər tərtib edərək, biznesinizi yüksəldəcək bir sayt əldə etməyə yardımçı olacaqlar.