Haqqımızda :: MEQA şirkəti



Baş səhifə / Biz kimik?

Xəbərlər

Xəbərlər

Vakansiyalar

Press-relizlər

02.09.2010

PHP proqramçı

MEQA şirkətinə PHP proqramçı tələb olunur.

29.04.2010

Çox vacib vol.2!

MEQA şirkətinə flash-texnoloq da tələb olunmur.

29.04.2010

Çox vacib!

MEQA şirkətinə dizayner tələb.... olunmur.

11.03.2010

"MEQA" MMC öz xidmət şəbəkəsini genişləndirir

Təklif etdiyimiz xidmət spektrının genışlənməsi çərçivəsində bütün müştərilərimizə yenilənmiş xidmət şəbəkəmizi təqdim edirik.
Axtar

Haqqımızda

“MEQA” MMC 2002-ci ilin aprelində təsis edilmiş və hal-hazırda konsaltinq, İT və brendinq sahəsində ixtisaslaşan və dinamik inkişaf edən perspektivli şirkətlərdəndir. “MEQA” şirkəti Azərbaycanda və onun hüdudları kənarında yerləşən çox sayda yerli və xarici təşkilatlara yüksək texnologiyalar, İT konsaltinq, İT həlləri, korporativ kommunikasiyaların və biznes proseslərin təşkili, kompleks marketinq və brend araşdırmaları, korporativ üslub və standartların, İnternet təmsilçiliyin yaradılması, reklam və promouşn xidmətlərini təqdim edir.

Müştərilərlə iş zamanı “MEQA” şirkətinin vurğuladığı məqamlar hər bir müştəri qurumun tələblərinə tam şəkildə cavab verən kompleks həll və biznesinin inkişafı üzərində qurulub. Bu məqsədlər hələ pre-konsaltinq və ilkin layihələşdirmə səviyyəsində düzgün fokuslaşmış priritetlər və individual yanaşma tərzi sayəsində həyata keçirilir.

Azərbaycanın böyük potensialı və güclü inkişaf dinamikası yeni-yeni investisiya imkanları və sahələrini açmaqdadır. Xarici investorların yüksək loyallığı, bazarın dinamik irəliləyişləri, cəmiyyətin artan tələbatları bir çox mövcud yerli və xarici şirkətlərin rəqabətlilik səviyyəsinin artmasına gətirib çıxarmışdır. Bu proses indi də davam etməkdədir. Odur ki, uğurlu, dinamik inkişaf edən, texnoloji səviyyəsi və korporativ idarəçiliyi beynəlxalq səviyyədə təşkil olunmuş şəffaf bir təşkilat olmaq hər bir qurum üçün əsas faktorlardan birini təşkil etməkdədir. Artan rəqabət və gəlirlərin dinamikası isə effektiv marketinq strategiyalarının tətbiqini tələb edir. Brendin fərqli cəhətlərinin və korporativ ideyanın düzgün formada vizuallaşdırılması (istər peşəkar reklam və PR, istərsə də yüksək səviyyədə tərtib edilmiş İnternet təmsilçiliyi) bilavasitə brendin qiymət artımına təsir edir. Belə ki, istənilən təşkilatın/brendin nailiyyətlərinin zəruri informasiya daşıyıcılarında vaxtında və obyektiv formada təqdim edilməsi menecmentin yüksək səviyyəsindən xəbər verməklə korporativ imicinin özülü sayıla bilər.

Qeyd edilən kontekstdə kommunikasiya, texnologiya, menecment və informasiya alətlərindən istifadə “MEQA” şirkətinə öz müştərilərinin inkişaf strategiyalarının və məqsədlərinin hədəf auditoriya tərəfindən məhz qarşıya qoyulmuş məqsədlər çərçivəsində loyal qəbul edilməsinə kömək edir. Peşəkar səviyyədə təşkil olunmuş biznes prosesləri və 10 illik təcrübə, bazar iqtisadiyyatının dəqiq analizləri və müştəri istəkləri sahəsində dərin biliklər bizə bu məsələləri həll etməyə imkan verir.